Samed Rahimli
samedrahimli.bsky.social
Samed Rahimli
@samedrahimli.bsky.social
Human rights lawyer. Classical liberal.

Temporarily exhausted soul.

I pursued Consul Romanum, fate gave Elba’s exsul.

Tək səbəb budurmu bilmirəm? Yəni insta-tiktok effekti hər şeyi bu qədər dəyişə bilərmi? :D
April 7, 2025 at 8:43 PM
Adını dəqiq qoyaq. Çox pis tupoylaşma gedib. İnsanların əvvəlki müzakirələri ilə indikilərə baxırsan və müqayisədə dəhşətə gəlirsən.
April 7, 2025 at 8:19 PM
Normalda biz intellektual tərəqqi gözləyirdik. 20 il əvvəl gənclik Dawkins, Sam Harris oxuyub dinləri sorğulayırdı. Daha yetkin nəsil yetişməli idi. Qırılma məqamı nə vaxt yaşandı? Bunu dəqiqləşdirmək lazımdır. Tək gənclərin intellekti getməyib. Köhnə nəsil də həmçinin.
April 7, 2025 at 8:14 PM
Baş verən radikallaşma deyil. Lümpenləşmədir. Yəni kultural temaları hər şeyin üstündə görmək. Bismarkdan bəri istifadə etməyi bacaran üçün möhtəşəm alətdir.
April 7, 2025 at 8:03 PM
Xalqların adətən böyük hissəsi siyasətə qarışmır. Amma aktiv seçicilərin 10-15 faizinin "başı qaçanda" bunun təsiri ümumi seçicidə 25-35 faizə çıxır (rəqəmlər şərtidir). Bu isə kultural müharibə populistlərinə nisbi üstünlük verir (ən azından hazırkı sistemdə).
April 7, 2025 at 8:02 PM
Bəlkə də Trampçı lümpen-sezarizmin yaradacağı ağır fəsad intellektual zümrəyə itmiş inamı bərpa etdirər (ceteris paribus). Problem odur ki, siyasi-iqtisadi yozlaşma bütün verilənləri eyni zəmində saxlamağa hər bir halda imkan vermir. Ümid edək ki, lazımi sayda insan keçilən yoldan dərs çıxarar.
April 7, 2025 at 7:44 PM
Prosesi necə çevirmək olar? Gəldiyimiz qənaət nominalizmə əsaslanır. Sosial təsisatların sağlamlığı intellektual diskursdan asılıdır. Qərbdəki intellektual sinif inandırmağı bacarmalıdır. Hazırda Qərb intellegentsiyası bu qabiliyyətini itirib. Bunun necə bərpa ediləcəyi sual işarəsidir.
April 7, 2025 at 7:44 PM
İnstitut illuziyasını yaşadığımız rifah səviyyəsi doğurmuşdu. Bəlli oldu ki, institutlar ex nihilo imiş. Bu dəfə 1930-ların fərqli formatını yaşayarıqmı bilmirəm. Ümid edirəm ki, yaşamarıq. Amma o dəqiq olan odur ki, Acemoğlunun institutları mövcud deyil.
April 7, 2025 at 7:44 PM
Hər sistem kimi post-1945 və revizə Qərb sistemi də ədalətli deyil: dövləti də, hakim sinfi də öz yerindədir. Amma digərlərindən fərqli olaraq rifahı artırmışdı. Hətta böhranlar da rifahın qabağını ala bilmirdi. Amma bu rifah tripartit interaksiya prosesinin illuziyasını doğurdu - yəni institutları.
April 7, 2025 at 7:44 PM
Yaşadığımız Qərb sistemi 5 əsrlik siyasi ənənənin nəticəsidir - Vestfalçı suverenliklə başlayıb, Aydınlanmaçı Trans-Atlantik siyasi-iqtisadi inqilabla davam edib, əks-inqilabçı Metternich sabitliyini mənimsəyib. Bunları təkmilləşdirərək 1945-də oturuşub. 1980-lərdə reviziya edilib.
April 7, 2025 at 7:44 PM
Problem odur ki, proses düzgün idarə edilməyəndə bu interaksiya qırılır. Çünki bu proses konsprioloji (planlı) sosial mühəndisliyin əsəri deyil. Əgər intellegentsiya inandırma qabiliyyətini itirirsə, elita büroratik ətalətə düçar olursa, plebeyin 30-35%-in "başı qaçırsa", onda proses qırılır.
April 7, 2025 at 7:44 PM
Əgər həmin davranış müəyyən müddət təkrarlanırsa, bu proses vərdişə çevrilir. Əgər əksəriyyət bu davranışı resepsiya edirsə, onda həmin diskurs oturuşmuş olur. Bu cür tripartit interaksiya cəmiyyət idarə edən polito-bürokratik təsisatların gündəliyinə çevrilir (real yaxud nominal): bu, institutdur.
April 7, 2025 at 7:44 PM
Bəs illərdir institutlar adlandırılan sosial konstruksiya nədir? Sualın cavabı tripartit üstqurumlardır:
I - intellektual diskurs;
II - elitar vərdiş.
III - plebisitar resepsiya.

Əgər intellektual sinif elitanı müəyyən məsələdə düzgün istiqamətə inandırırsa, elita davranışını bunun üstündə qurur.
April 7, 2025 at 7:44 PM
Hətta Trampın yaratdığı problemlər aradan qaldırılsa belə, bunlar institutların işlək mövcudluğunu sübut etmir. Əksinə bu problemlər yenə plebisitar narazılıqla aradan qaldırılacaq (ziyandan çıxmaq istəyənlərin sayının təsirli çoxluğu).
Sistem mühafizəçilərə, yəni institutlara sahib deyil.
April 7, 2025 at 7:44 PM
Biz 2 fenomenin şahidi olduq?
1 - Sistem bilmədiyi təhlükə ilə üzləşəndə nə edəcəyini bilmir (2-3 illik pandemiya məhdudiyyətləri);
2 - Sistem bildiyi təhlükəyə necə müqavimət göstərəcəyinə əmin deyil (Tramp timsalında kultural populizm manyaklığı).
İnstitutlar real olsaydı, bunlar həll olunardı.
April 7, 2025 at 7:44 PM
Xoş gördük. Görək burda başımıza nə gəlir. :D
April 7, 2025 at 6:36 PM
Xoş gördük :)
April 7, 2025 at 6:32 PM