rsuleymanov.bsky.social
@rsuleymanov.bsky.social
Bu şəklə görə həlim metro işçisi məni sakitcə polislə hədələdi. Bir nəfər də: " Qırılmış tomat bankasının şəklini çəkmək olmaz!" -deyib məni məzəmmət etdi.

Əhvalımızın yaxşı olmağı sağlam düşüncənin düşüb qırılmağının ağrısını bizə o an o qədər də hiss etdirmədi.
May 21, 2025 at 8:09 PM
Yolüstü dedim bir bel ağrısına görə dönüm Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna, görüm bura gəlmək üçün haralardan göndərişim olmalıdır. Heç bir əlavə sual vermədən məni nevroloqa yönləndirdilər və həkim müayinədən sonra məni fizioterapiayaya yazdı.
May 20, 2025 at 12:48 PM
Bu binanın üzərində yazılanları ilk dəfədir oxuyuram.
May 17, 2025 at 4:52 PM
“I’m Sure Your Patients Are Getting Better” | Psychology Today www.psychologytoday.com/us/blog/psyc...
“I’m Sure Your Patients Are Getting Better”
“I'm sure your patients are getting better, just not—never—100%, right?”
www.psychologytoday.com
May 12, 2025 at 8:14 PM
Joseph E. LeDoux neyroalimdir. ''The Emotional Brain: The Mysterious Underpinnings of Emotional Life'' kitabının müəllifidir. Laboratoriyasındakılarla birlikdə “The Amygdaloids” adlı qrup yaradıblar.

www.youtube.com/watch?i%C5%9... çıv=AMI3hbgRj6o&list=RDEMXpvUn_x0UjGHTivOj-mXVw&start_radio=1
Fearing - The Amygdaloids
YouTube video by The Amygdaloids Channel
www.youtube.com
May 12, 2025 at 6:36 AM
Ertələməyin yeni bir izahı ilə tanış oldum. Yadıma Vurğunun 'Mən tələsmirəm' şerdəki bu misraları düşdü:

''Yenə də fikrimin səyyar yelkəni
Dənizdən – dənizə atsa da məni''
May 9, 2025 at 4:49 PM
Nə vaxtsa Azərbaycanda 90-lardan bu yana müxalif, fədakar insanlar haqqında film çəkilsə onun adı ''Köhnə pencək'' olsun.
May 6, 2025 at 7:20 PM
Gör, bir səhifədə nə qədər şey var!

Müsyö İbrahim və “Quran”dakı Çiçəklər
Tərcüməçi: Minə Candan
April 29, 2025 at 8:48 PM
Burada özümə qarışıq yazmağa icazə verirəm.

Beynin proqnozu ilə baş verənlər arasında fərq azdırsa, beyin bu dəyişikliyə uyğunlaşır. Amma fərq çoxdursa, beyin bunu küy zənn edir və görməzlikdən gəlir.
April 22, 2025 at 9:05 PM
For now, my favorite is DBT.
April 20, 2025 at 5:31 PM
Hazırda oturduğum qəhvəxanada iki barista arasında söhbət: ''Keçən dəfə bir müsavatçını tutub apardılar. Ondan sonra müdriyyət dedi ki, əgər görsəz ki, kimsə siyasi söhbət edir, yaxınlaşın deyin ki, olmaz.''

Bir yanıqıl fars musiqisi açıb bu informasiyanı ötürdüm kədər anlayışımın içinə.
April 18, 2025 at 10:03 AM
Özünü çox vacib sayan, xüsusi münasibət gözləyən, başqalarının hisslərinə laqeyd yanaşan və məqsədləri üçün onlardan istifadə etməyə hazır olan təkəbbürlü siyasətçi/ intellektualların at oynatdığı dövrü geridə qoymuşuq.

İndiki çırpıntılarımızla daha yaxşı bir yerə keçid edəcəyik.
April 13, 2025 at 7:56 PM
Psixoloqlar bir müddətdir ki, diqqət mərkəzindədirlər. Müsahibə verirlər, fəaliyyətləri haqqında sosial medialarda yazılır, göstərilir. Beləcə psixoloqların işinin keyfiyyəti haqqında bir təəssürat formalaşıb sanki.
April 12, 2025 at 6:16 PM
İnsanları meşoqlara doldurub aparırlar. Mən də ancaq bu haqda arada bir iki kəlmə yaza bilirəm- oyuncaq tapançalara qoyulan qırmızı piston kimi part edirəm. Və bu dövr bitmək bilmir.

Yaxşı, nə etmək lazımdır?
April 10, 2025 at 4:57 PM
"Qiyamdan öncə Anar Məmmədxanov gəldi, mənə və İsa Qəmbərə öz toyunun dəvətnaməsini verdi və xahiş etdi ki, toyu yüksək səviyyədə təşkil edək. Göstəriş verdim ki, toyu Gülüstan sarayında təşkil etsinlər və belə də oldu. Toy 4 iyundan sonra oldu. +
April 10, 2025 at 11:24 AM
Yuxuda görürəm ki, Qəddafi ilə qəbiristanlıqda hansısa qəbrin qarşısında durub söhbət edirik. Məndən mərhum üçün nəsə oxumağımı istəyir. 'Bismillahi rəhmani rəhim' deyirəm,
sonra isə ritmə uyğun nələrsə düz-qoş edirəm. Kişi qəbiristanlıqda düşür mənim dalımca, mən də qaçıram.

Xeyir olsun.
April 10, 2025 at 5:04 AM
1.''Başqalarından fərqli – özüməməxsus olmalıyam. Məni başqalarından fərqləndirəcək şeylər seçimlərimdir. Bir ömür sonsuz seçimlər... Hər birində götür-qoy etməliyəm, çünki bu seçimlər mənim kim olduğumu təyin edəcək.''
April 7, 2025 at 7:18 PM
Yeni yerdir. Özümü gümrah hiss edirəm. Görək, burada nələr yazmaq istəyəcəm.
April 4, 2025 at 6:26 PM