maodid14.bsky.social
@maodid14.bsky.social
Ötən əsrdən sinfi mübarizə nümayəndəsi.
Defensive Midfielder.
Müəllim.
May 25, 2025 at 7:13 PM
Miniyə bir komanda gəlib komandanın hamısı keçəldi,zənnimcə komandanın toplanmasına hansısa saç əkdirmə mərkəzi vəsilə olub.
May 19, 2025 at 5:42 PM
Yuxuda Nərgiz Peterseni görmüşəm,yozaq görək nə çıxır.
May 13, 2025 at 6:13 AM
Fransadakı Lasko mağarasını müşahidə etmək olar amma daxil olmaq olmaz,Bakıda da aşağı təbəqələri aldatmaq üçün bu fason metod yayılıb hansısa obyektin keyfiyyətsiz və nisbətən ucuz replikaları yaradılır (şüurlu şəkildə) və məlum kruqlardan deyilsənsə yallah ucuzluğa.
May 10, 2025 at 7:57 PM
İllər ötdükcə west coast daha çox həzz verir, halbuki uşaqlığım east ilə keçib. Səbəbini qəbullanmaq kimi görürəm.
May 7, 2025 at 1:56 PM
Gündüz Vassaf yaşasa idi, günümüz Bakısındakı estetik əməliyyatların nəticələrini görüb totalitarizm ilə əlaqələndirərdi zənnimcə.
May 4, 2025 at 4:43 PM
Çöldəki hava məni 20 il əvvələ aparır,məktəbdən gəlmişəm birazdan nahar edib,Lider TV-də İngiltərə Liqasından Rövşən Binnətlinin mənasız şərhi ilə hansısa günorta oyununa baxacam.
May 3, 2025 at 8:53 AM
Arada başımıza gözəl şeylər də gəlir.
May 1, 2025 at 8:56 PM
Bu gün şanlı İnterin qalib gəlməməsi üçün çox az səbəb var, minimal qollu oyun olacaq zənnimcə.
April 30, 2025 at 6:21 PM
Yekə-yekə kişilər əməlli-başlı polisə çuğulluqla məşğuldur, görəsən faizə işləyirlər ya özlərinə dayaq axtarmaq məqsədi ilə. Anormallıq günü gündən normallaşır.
April 30, 2025 at 8:53 AM
Yaşlılıq əlamətlərimdən biri konspirologiyalara inanmağa başlayıram.Tıxacların bir qisminin süni olduğunu düşünməyə başlamışam,yanacaq satışı artır,qəza artır paralel sığorta satışı artır.Waze-in 36 dəqiqə göstərdiyi yolu hər hansı qayda pozmadan 19 dəqiqəyə gəldim.
April 29, 2025 at 4:13 PM
Yaşlılıq əlaməti:8 ildir getmədiyim kəndimizin görüntülərinə baxıb kövrəldim.Hansı ki əvvəllər insanların torpaqlarından ötrü darıxmasını tam başa düşə bilmirdim, qəribədir.
April 28, 2025 at 4:01 PM
Bu gözəl gündə oturub Fenerbahçe konqresin izləyirəm (utanan smaylik) 2 yekun qərara gəldim bu gündən (Ali Koç gedənə kimi) Fenerbahçeni dondururam, Müzəffər>Ali Koç
April 26, 2025 at 12:53 PM
LinkedIn-ə həftədə bir dəfə baxıram,Əhməd Rəcəblini Ağa Neymətullaya dəyişmişəm, suyu da şüşə qabdan içməyə adət edirəm. Həyat keyfiyyətimi dəyişdirən kiçicik addımlar. Yaxında həyat koçu olmasam yaxşıdır 😅
April 25, 2025 at 9:00 AM
Kardon pipetdə içki verən istənilən yerə 1-⭐....
April 23, 2025 at 12:13 PM
Təxminən bir həftədir evdə hər gün Cuba Libre hazırlayıram, iki dəfə də stəkan sındırmışam, Xalqlardakı lime çatışmazlığını həll edib bir dənə də uyğun stəkan tapsam möhtəşəm olacaq.
April 20, 2025 at 6:43 PM
Müsbət davam edən həftə sonu ancaq belə bərbad sonlana bilərdi, təşəkkürlər Fenerbahçe.
April 20, 2025 at 6:01 PM
Hava zordu.
April 19, 2025 at 9:07 AM
Lucas Vazquezin kapitan olduğu komanda belə vəziyyətə layiqdir.
April 16, 2025 at 7:14 PM
Bər-bər işini görüb yekunlaşandan sonra qayıtdı ki, Suriyanın yeni prezidentinə oxşayırsan. :D
April 14, 2025 at 11:26 AM
İllər sonra ardıcıl nələrsə yazıram, elə bil 2013-cü ilin yayındakı Twitterdəyəm (açıq mavi loqolu vaxtları)
April 12, 2025 at 10:41 PM
Football Managerdə Cagliarini seçib Serie B-ə salmalı əhvalım var hazırda.
April 12, 2025 at 10:38 PM
Günahsız həbsdə olan bütün dustaqlara azadlıq arzu edirəm bu qara buludlu gecədə.
April 12, 2025 at 10:28 PM
16 saat sonra Neftçi-Zirə oyununa baxmağa gedəcəm. #həyəcansızam
April 12, 2025 at 10:26 PM
Qəhvə alıb qayıtdım evə, üyüdəndən sonra fikir verdim ki, Tanzaniya qəhvəsi imiş.Srazu yadıma Samatta düşdü, qanım dəhşət qaraldı.
April 9, 2025 at 7:43 PM