Ayaz Məlikov
banner
ayazmalikov.bsky.social
Ayaz Məlikov
@ayazmalikov.bsky.social
📍Bakı
youtube.com/@ayazmalikov
Reposted by Ayaz Məlikov
Seni hatırlamıyorum. Kötü bir hafızam var. Kimdin sen? 'Toronta Star'da bir denizci miydin? Havan Maru'da mıydın? Benedette'yi seven astronot mu? Hatırlayamıyorum. Umut tatlı, çok güzel, çok üzücü. Umudun çok fazla boş yeri var. Bana son iyimserliğini söyle.
December 18, 2024 at 8:22 AM
Öğleden Önce
November 11, 2025 at 6:14 PM
Roma 2-0 Udinese
Oyundan əvvəl Qasperiniyə "Ayın məşqçisi" mükafatı verildi. Roma yenə qol buraxmadan qələbə çaldı. Udinezenin neçə topu dirəkdən qayıtdı. Elə bil futbol allahı Roma üçün şərait yaradır. Milli fasiləyə şərikli lider kimi yollanırlar.

Inter 2-0 Lazio
November 11, 2025 at 12:41 PM
De Heanın penalti dəf etməsi belə Bənövşəyilərə bəs eləmədi. Florensiyalılara ardıcıl qələbələr lazımdır. İşləri çətindir.
November 11, 2025 at 12:40 PM
Genoa 2-2 Fiorentina
Liqada qalmaq uğrunda mübarizə aparan komandaların matçından gözlənilən əzmkarlıqda keçdi. Yeni məşqçilər (De Rossi və Vanoli) bir-birinin müqavimətini qıra bilmədi.
November 11, 2025 at 12:40 PM
İlk oyununda, öz də Napoli ilə qarşılaşmada qapısını toxunulmaz saxladı. Tazılar üçün hər baxımdan əlamətdar günü oldu. Basçiretto və Dalinqanın meydanda bir-birini tez tapmaları da çox xoşuma gəldi. Qəşəng düetdir. Matçın 20 dəqiqəlik icmalı var, ona mütləq baxın.
November 11, 2025 at 12:39 PM
Bologna 2-0 Napoli
Bu il baxdığım bəlkə də ən gözəl matç idi. Bolonya özünü Leverkuzen finalındakı Atalanta kimi aparırdı. Napoliyə göz açmağa imkan vermirdi. Press və top oğurlamaqları onları bir köynək qabağa atdı. Oyunun əvvəlində Skorupski zədələnmişdi deyə cavan Pessina qapıya keçdi.
November 11, 2025 at 12:39 PM
Böyük klublar üçün formada olan Sassuolodan təhlükəli komanda yoxdur. Onların növbəti oyunlardakı çıxışlarını həvəslə gözləyirəm. Təzə qayıdan komanda kimi səkkizinci pillədə olmaq super nəticədir.
November 11, 2025 at 12:27 PM
Atalanta 0-3 Sassuolo
Turun sürprizi. İlahə darmadağın oldu. İvan Yuriçi bu oyunla sükanda çox saxlamazlar. Neroverdi isə əvvəlki qüdrətinə tam qayıdıb. Berardi də qollarına davam edir.
November 11, 2025 at 12:27 PM
Parma 2-2 Milan
İki fərqli hissə izlədik. Matçın başlanğıcında qonaqlar nə qədər güclü idi. Növbəti hissədə isə ev sahibi komanda hücuma atıldı. Xeyli qol epizodu xərclədilər. Yekunda kom-bəki reallaşdırdılar. Milli fasiləyə outsayderlərdən cəmi bir xal irəlidə yollanırlar. Mən bunu uğur saymıram.
November 11, 2025 at 12:26 PM
Juventus 0-0 Torino
Turin derbisi son illərlər elə bu hesabla nəticələnir. Torinonun bu açıq futbolu çox xoşuma gəldi. Əvvəlki oyunlarda belə oyunun müqabilində qapılarında çox top görürdülər. Bu matçda isə ehtiyatlı idilər. Öküzlər məğlubiyyətsizlik seriyasını davam etdirir.
November 11, 2025 at 12:26 PM
Oğlanlar necəsə yenə xal qopardı. Qələbəsiz, altı heç-heçə ilə yollarına davam edirlər. 19-cu pillədə qərarlaşıbıar.
November 11, 2025 at 12:25 PM
Lecce 0-0 Verona
Via del Maredə sakit bir axşam. Canavarlar oyun boyu üstün olsa da, qol hesabını aça bilmədi. Azarkeşlərdə ruh düşkünlüyü yaratdılar. Bu oyunu udsaydılar, vəziyyətlərini bir az da yaxşılaşdıracaqdılar.
November 11, 2025 at 12:25 PM
Como 0-0 Cagliari
Kalyari Komo səfərindən xal qopararaq aşağı xətdə ən parlaq komanda olduğunu bir daha sübut etdi. Onlar B-yə yuvarlansalar, təəccüblənərəm. Komoya bu dəfə Niko Paz da kömək edə bilmədi. Avroliqa şansları qalır.
November 11, 2025 at 12:25 PM